“Qalatasaray” “Sent Conston” ilə  qarşılaşdı

Futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin daha 7 oyunu keçirilib.

1686473
“Qalatasaray” “Sent Conston” ilə  qarşılaşdı

Çempionlar Liqasında mübarizəni dayandıran “Qalatasaray” qitənin ikinci dərəcəli klub turnirində ilk sınağına çıxıb. İstanbul təmsilçisi evdə Şotlandiya “Sent Conston” ilə qarşılaşıb. Matç heç-heçə  nәticәlәnib.

Şotlandiyanın digər təmsilçisi “Seltik” isə Çexiyada “Yablonets”lə üz-üzə gəlib və inamlı qələbəyə sevinib. Kipr klublarından “Omoniya” evdə Estoniya “Flora”sını minimal hesabla üstələyibsə, “Anortosis” Avstriyada “Rapid”ə böyük hesabla uduzub.

Qeyd edək ki, 3-cü mərhələnin cavab oyunları avqustun 12-də baş tutacaq.

 



Әlaqәli Xәbәrlәr