Tokio-2020: Ferhat Arıcan bürünc medal qazandı

Tokio Yay Olimpiya Oyunlarında gimnastika yarışları davam edir.

1684812
Tokio-2020: Ferhat Arıcan bürünc medal qazandı

TRT xəbər verir ki, paralel qollar üzrə kişilərin finalına yekun vurulub. Türkiyə gimnastı Ferhat Arıcan 15.633 xal toplayaraq bürünc medal qazanıb. Bu Türkiyənin Olimpiadalar tarixində idman gimnastikasında qazandığı ilk medal olub. Beləliklə, Türkiyə Tokio-2020-dəki medallarının sayını 6-ya (1 qızıl, 5 bürünc) çatdırıb.

 Qeyd edək ki, paralel qollarda çempion Çin idmançısı Tszou Tszinyuan (16.233) olub. Lukas Dauzer (15.700) isə gümüş medal qazanıb.



Әlaqәli Xәbәrlәr