Türkiyə rusları məğlub etdi

Tokio-2020-də qadın voleybolçuların mübarizəsi davam edir.

1684093
Türkiyə rusları məğlub etdi

TRT xəbər verir ki, bu gün qrup mərhələsinə yekun vurulacaq. A qrupunda dünya çempionu Serbiya Cənubi Koreyanı set vermədən məğlub edib. B qrupunun mərkəzi matçında ABŞ beş set sonunda İtaliyaya qalib gələrək lider kimi 1/4 finala yüksəlib. ROK (Rusiya Olimpiya Komitəsi) - Türkiyə oyununda da tay-breykə ehtiyac duyulub. "Ay-ulduzlular" qələbə qazanıblar. Meryem Boz 22 xalla qalibiyyətdə əsas pay sahibi olub. Beləliklə, Türkiyə qrup üçüncülüyünü təmin edib. Covanni Quidettinin yetirmələrinin 1/4 finaldakı rəqibi püşkatma nəticəsində müəyyənləşəcək.

 



Әlaqәli Xәbәrlәr