“Qalatasaray" və "Fənərbaxça"nın Avropa Liqasında potensial rəqibləri bilindi

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

1684222
“Qalatasaray" və "Fənərbaxça"nın Avropa Liqasında potensial rəqibləri bilindi

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

“Qalatasaray”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Bu gün keçirilən püşkatmadan sonra Türkiyə klubunun qrupa vəsiqə yolunda son rəqibinin adına aydınlıq gəlib.III raundda “Sent-Conston”la qarşılaşacaq istanbullular Şotlandiya təmsilçisinə qalib gələcəyi təqdirdə, pley-offda Danimarka klubu “Randers”lə üz-üzə gələcək. İlk oyun Danimarkada olacaq.

Azərbaycan çempionu “Neftçi”nin avrokuboklardakı növbəti mümkün rəqibi bəlli olub.

Bakı klubu III təsnifat mərhələsində Finlandiya təmsilçisi HİK-i adlasa, "Fənərbaxça" ilə qarşılaşacaq. “Neftçi” – HİK cütünün qalibi ilk matçı səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin matçları 19-26 avqust tarixlərində baş tutacaq.



Әlaqәli Xәbәrlәr