Tokio-2020: Buse Naz Çakıroğlu dörddəbir finalda

Tokio-2020 yay olimpiya oyunlarında Türkiyəni təmsil edən boksçularımızdan Busə Çakıroğlu (51 Kq) dörddəbir finala yüksəlib.

1682138
Tokio-2020: Buse Naz Çakıroğlu dörddəbir finalda

Buse Naz Kokugikan Arenada keçirilən 16 -cı turda Özbəkistanlı Tursunoy Rahimova ilə qarşılaşıb. 25 yaşlı milli boksçumuz özbəkistanlı rəqibini 3-2 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə qazanıb. Buse Naz Çakıroğlu, dörddəbir finalda Filippinli rəqibi Iriş Magnonu 5-0 məğlub edən Taylandlı Jutamas Jitpong ilə qarşılaşacaq. 1/4 final oyunu 1 Avqust Bazar günü Türkiyə vaxtı ilə saat 05.00-da oynanılacaq. Buse Naz rəqibini məğlub etsə, yarımfinalda mübarizə aparacaq.



Әlaqәli Xәbәrlәr