Tokio-2020 Yay Olimpiya Oyunları açılış mərasimi ilə iyulun 23-də rəsmi olaraq start götürdü

Yaponiya Milli Stadionunda baş tutan tədbirdə 950 rəsmi şəxs iştirak etdi.

1679414
Tokio-2020 Yay Olimpiya Oyunları açılış mərasimi  ilə iyulun 23-də rəsmi olaraq start götürdü
Tokyo 2020 acilis seremonisi3.jpg
Tokyo 2020 acilis seremonisi2.jpg
Tokyo 2020 acilis seremonisi1.jpg
Tokyo 2020 acilis seremonisi.jpg

 Yaponiya Milli Stadionunda baş tutan tədbirdə 950 rəsmi şəxs iştirak etdi.

Açılışda əvvəlcə müxtəlif kompazisiyalar icra edilib və atəşfəşanlıq olub. Daha sonra Yaponiya bayrağı arenaya gətirilib və dövlət himni səsləndirilib.

"İrəliyə hərəkət" adlanan açılış mərasimində koronavirus pandemiyası qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, həmçinin 2011-ci ildə Yaponiya tarixindəki ən dağıdıcı zəlzələdən sonra ölkənin yenidən bərpasını əks etdirən kompazisiya göstərilib.

Mərasim iştirakçıları meydanın mərkəzində ağacdan Olimpiya halqaları düzəldiblər və bütün bunlar fişənglərlə müşayiət olunub.

Ölkələrin bayraqlarını ilk dəfə iki idmançı daşıdı. Daha əvvəlki olimpiadalarda bu həyəcanı bir idmançı yaşayarkən, iki idmançının Tokio 2020-dən əvvəl gender bərabərliyini vurğulamaq üçün bayraq daşıması qərara alınmışdı.

Oyunlarda 58-i kişi və 50-si qadın olmaqla ümumilikdə 108 idmançı ilə mübarizə aparacaq olan Türkiyə bayrağını gənc milli üzgüçülər Merve Tuncel və Berke Saka daşıdılar.

Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq.



Әlaqәli Xәbәrlәr