20 iyul – Beynəlxalq Şahmat Günüdür

Şahmat oyununun adı farsca “şah” və “mat” sözlərindən yaranıb ki, mənası “hökmdar öldü” deməkdir

1669495
20 iyul – Beynəlxalq Şahmat Günüdür

 

  1996-cı ildən 20 iyul dünyanın hər yerində Beynəlxalq Şahmat Günü kimi qeyd olunur. Bu bayram əsası 1924-cü ildə qoyulmuş Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qərarı ilə keçirilir.

  Bütün rəsmi yarışlar, o cümlədən kişi və qadınlar arasında dünya çempionatları, kişi, qadın, tələbə və yeniyetmələrin komanda birincilikləri, Avropanın komanda birinciliyi, Avropa Çempionlar kuboku, Panamerikan fərdi yarışları FİDE-nin himayəsi altında təşkil edilir.

  FİDE 1950-ci ildən kişilərə, 1976-cı ildən isə qadınlara beynəlxalq qrossmeyster adı verir.

  Azərbaycanda şahmat ən populyar idman növlərindən biridir.

  Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-2014-cü illərdə şahmatın inkişafına dair Dövlət Proqramı təsdiq edilib. Ölkədə şahmat ötən ilin 70-ci illərində inkişaf etməyə başlayıb. Heydər Əliyevin təşəbbüsü ilə respublikada müasir şahmat məktəbi binaları tikilib, gənclərin bu idman növünə marağı artıb, gənc və istedadlı şahmatçılar yetişib.

  Şahmat oyununun adı farsca “şah” və “mat” sözlərindən yaranıb. Mənası “hökmdar öldü” deməkdir.

  Şahmatın vətəni Hindistan hesab edilir. Şahmatın sələfi olan “Şətrənc” oyunu V əsrdə Hindistanda yaranıb.

  Azərbaycanda şahmatın təqribən V-VI əsrlərdə yaranması güman edilir.

  Şərq poeziyasının klassikləri, Xaqani və Nizaminin (XII-XIII əsrlər), habelə Füzulinin (XVI əsr) və başqa böyük mütəfəkkirlərin əsərlərində şahmatdan bəhs olunur. Böyük yazıçı və filosof Mirzə Fətəli Axundzadə 1864-cü ildə yazdığı “Şətrənc oyunu” şeirində şahmat oyununun qaydalarını poetik dildə şərh edib.



Әlaqәli Xәbәrlәr