İtaliyanın rəqibi İngiltərə oldu

AÇ-2020-də yarımfinal mərhələsinə yekun vurulub.

1671857
İtaliyanın rəqibi İngiltərə oldu

ikinci yarımfinal qarşılaşması İngiltərə və Danimarka yığmaları arasında baş tutub.

Londondakı “Uembli” stadionunda keçirilən qarşılaşmanı Niderland olan Danni Makkeli idarə edib. Görüşdə hesabı danimarkalılar açıblar. Amma ingilislər buraxılan topun əvəzini çıxa biliblər. İkinci hissədə başqa qol vurulmadığından, əlavə vaxta ehtiyac duyulub. Məhz əlavə vaxtda daha bir qol vuran İngiltərə yığması finala yüksəlib.

İngiltərə – Danimarka 2:1

Qol: S.Kyaer, 39- öz qapısına. H.Keyn, 104 – M.Damsqaard, 30.

Baş hakim: Danni Makkeli (Niderland). London. “Uembli” stadionu.

Qeyd edək ki, digər yarımfinal görüşündə İtaliya millisi İspaniya üzərində qələbə (1:1, penaltilərlə 4:2) qazanmışdı. Beləliklə, iyulun 11-də keçiriləcək finalda İngiltərə və İtaliya yığmaları qarşılaşacaq.

 

 



Әlaqәli Xәbәrlәr