Voleybol üzrə Türkiyə milli komandası 23 iyunda ABŞ ilə qarşılaşacaq

Voleybol ürzə Türkiyə milli komandası Beynəlxalq Voleybol Federasiyası (FİVB) Millətlər Liqası yarımfinalının ilk matçında 23 iyunda Amerika Birləşmiş Ştatları (ABŞ) ilə qarşılaşacaq

1663268

İtaliyanın Rimini şəhərində təşkil edilən tədbirdə oynanan ilk tur matçlarda ABŞ, Braziliya, Yaponiya və Türkiyə dörtlü finala vəsiqə qazanıb.

İlk turda oynadıqları 15 matçdan 11-də qalib gələn "Ay-ulduzlular” sabah yarımfinalda 15 oyunun 14-də qələbə qazanan ABŞ-a  qarşı  mübarizi aparacaq. 

Qarşılaşma Türkiyə vaxtı ilə saat 20.30-da başlayacaq və TRT-nin Spor kanalında canlı yayımlanacaq. Qalib gələn komanda finala yüksələcək və Braziliya-Yaponiya matçının qalibi ilə çempionluq oyununu oynayacaq.

Xatırladaq ki, Türkiyə Milli Komandası, FİVB Millətlər Liqasının ilk turunda ABŞ-a qarşı 3-1 məğlub oldu.

Әlaqәli Xәbәrlәr