Türkiyə yığması AÇ-2020-ni antirekordlarla tərk etdi

Şənol Günəşin çalışdırdığı kolləktiv qitə birinciliyi ilə vidalaşdı.

1661886
Türkiyə yığması AÇ-2020-ni antirekordlarla tərk etdi
a milli takim-isvicre.jpg
a milli futbol takimi.jpg

AÇ-2020 futbol üzrə Türkiyə millisi üçün uğursuz alındı. A qrupunda yer alan “ay-ulduzlular” İtaliya (0:3) və Uəlslə (0:2) oyunların ardından, son turda İsveçrəyə də 1:3 həsabıyla uduzdu.

Beləcə, Şənol Günəşin çalışdırdığı kolləktiv qitə birinciliyi ilə erkən vidalaşdı. Xalsız və tək qolla qrup sonuncusu olan Türkiyә yığması bu turnirdə bir sıra antirekordlara da imza atıb.

Belə ki, Türkiyə millisi vurulan və buraxılan topların fərqinə görə qitə birinciliklərinin ən pis beş göstəricisindən birinə imza atıb. Avropa çəmpionatları tarixində bu günə kimi ən pis beş göstərici belədir:

AÇ-2000. Danimarka (0-8)

AÇ-2004. Bolqarıstan (1-9)

AÇ-2012. İrlandiya (1-9)

AÇ-1984. Yuqoslaviya (2-10)

AÇ-2020. Türkiyə (1-8)

Türkiyə millisi Şənol Günəşin rəhbərliyi altında ilk dəfə ardıcıl üç oyundan məğlub ayrılıb. Bununla Türkiyә yığması ikinci dəfə qitə birinciliyində ardıcıl üç matçda uduzub. “Ay-ulduzlular” AÇ-1996-da da qrup matçlarından xalsız ayrılmışdı. Türkiyə yığması Danimarkadan sonra iki AÇ-dən xalsız ayrılan ikinci komanda oldu. Danimarkalılar da AÇ-1988 və AÇ-2000-dəki bütün oyunlarından məğlub ayrılmışdı.

Türkiyə yığması İsveçrə ilə oyunda AÇ çərçivəsində tarixinin ən erkən qolunu buraxdı. Haris Səfəroviç 6-cı dəqiqədə (5.39) fərqlənməklə qarşılaşmada hesabı açdı. Bununla da o, Türkiyə millisinin tarixinə düşüb.

Yəri gəlmişkən, Türkiyənin qapısına vurulan digər iki qolun müəllifi Cərdan Şakiri də İsveçrə yığmasının tarixinə düşüb. O, bu komandanın heyətində dörd böyük turnirdə qol vurmağı bacaran ilk futbolçuya çevrilib. O, 2014 və 2018-ci illərdə təşkil olunmuş dünya çəmpionatlarında, həmçinin AÇ-2016-da da qol vurmağa nail olmuşdu.

 



Әlaqәli Xәbәrlәr