Milli güləşçilər Bolqarıstanda daha 2 medal qazandı

Bolqarıstanın Samokov şəhərində keçirilən 17 yaşadək Ulduzlar Güləş üzrə Avropa çempionatında milli güləşçilər daha 2 medal qazanıb.

1661011
Milli güləşçilər Bolqarıstanda daha 2 medal qazandı

Bolqarıstanın Samokov şəhərində keçirilən 17 yaşadək Ulduzlar Güləş üzrə Avropa çempionatında milli güləşçilər daha 2 medal qazanıb.

Türkiyə Güləş Federasiyasının verdiyi açıqlamaya görə, Tuba Dəmir qızlar kateqoriyasında 53 kiloqramda rusiyalı rəqibi Natalya Xramenkovaya məğlub olaraq gümüş medal qazanıb.

Qızlar arasında 61 kq-da Büşra Efe, üçüncü yer uğrunda görüşdə Macarıstandan Viktoria Borsosu məğlub edərək bürünc medalın sahibi olub. 

Qızlarda ümumilikdə 2 gümüş və 1 bürünc medal qazanan Türkiyə komanda şəklində Avropada 4-cü olub.

Daha əvvəl sərbəst idman növündə 4 bürünc medal qazanan Türkiyənın tədbirdəki medal sayı da 7-ə yüksəlib.



Әlaqәli Xәbәrlәr