10 min könüllü Tokio Olimpiadasına qatılmaqdan imtina edib
İyunun 3-dək olan son məlumatlara görə, Yaponiyada 10 minədək könüllü Tokio Olimpiadasına qatılmaqdan imtina edib.
Tokio Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi bu barədə məlumat yayıb. Bildirib ki, həmin şəxslər ümumi sayı 80 minə çatan könüllülərin bir hissəsidir.
Qeyd edilir ki, könüllülərin dəstəni tərk etməsinə fevralda, həmin vaxt təşkilat komitəsinin sədri vəzifəsində olan Yoşiro Morinin qadınlar haqqında səsləndirdiyi alçaldıcı ifadədən sonra başlanılıb. Y. Mori istefa verdikdən sonra belə müxtəlif faktorları əsas gətirən könüllülər dəstəni tərk etməkdə davam ediblər. Həmin faktorlar sırasında koronavirusa yoluxma təhlükəsi və fərdi fəaliyyətlə bağlı məsələlər göstərilir.
Təşkilat Komitəsinin baş direktoru Toşiro Muto bildirib ki, onun fikrincə bəzi şəxslər könüllülər dəstəsini şəxsi işləri ilə bağlı tərk ediblər.
Bununla yanaşı, T.Muto qeyd edib ki, çoxlu sayda insanın dəstəni tərk etməsi, bəzi könüllülər həm Olimpiya, həm də Paralimpiya Oyunlarına qatılacağına görə ümumi işdə problem yaratmayacaq.
Әlaqәli Xәbәrlәr
Türkiyə yığmasının pley-off oyunlarındakı rəqibi bəlli oldu
UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin püşkü atılıb.