"Anadolu Efes" mövsümün çempionu oldu

Basketbol üzrə "Anadolu Efes" komandası THY Avropa Liqası Dördlü Finalında İspaniyanın Barcelona komandasını 86-81 məğlub etdi

1648725
"Anadolu Efes" mövsümün çempionu oldu
anadolu efes thy avrupa ligi sampiyonu.jpg
anadolu efes thy avrupa ligi sampiyonu1.jpg

 

  Almaniyanın Köln şəhərində keçirilən qarşılaşmada Barselona ilk dörddəbiri 22-15 üstün tamamlasa da Anadolu Efes ikinci dörddəbirdə fərqi aradan qaldırdı və Larkinin bombardiri ilə 12-0 seriyasını ələ keçirdi. İkinci dörddəbiri 39-36 qabaqda tamamlayan komanda üçüncü dörddəbirdə güçlü performansını qoruyaraq son hissəyə 65-58 hesabla başladı. Bu mərhələdə də rəqibinin fərqi aradan qaldırmasına imkan verməyən Anadolu Efes, qarşılaşmanı 86-81 hesab ilə qalib tamamlayaraq 2020-2021-ci il mövsümünün çempionu oldu.

  Avropa Liqasının prezidenti Jordi Bertomeu qarşılaşmadan sonra təşkil olunan kubok mərasimində kuboku Anadolu Efes komandasının kapitanı Doğuş Balbaya təqdim etdi. Anadolu Efesin oyunçuları və texniki heyəti isə çempion olmağın sevincini yaşarkən, komandanın əldə etdiyi bu uğurda əhəmiyyətli rol oynayan serbiyalı oyunçu Vasilije Micic, Dördlər Finalının Ən Qiymətli Oyunçusu seçildi.



Әlaqәli Xәbәrlәr