Avroliqanın qalibi “Vilyarreal” oldu

Futbol üzrə Avropa Liqasında 2020/21 mövsümünün final oyunu keçirilib.

1646577
Avroliqanın qalibi “Vilyarreal” oldu

Həlledici oyunda İspaniyanın “Vilyarreal” və İngiltərənin “Mançester Yunayted” komandaları üz-üzə gəliblər.

Polşanın Qdansk şəhərində keçirilən qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda qapılara qol vurulmadığından, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən İspaniya təmsilçisi Avroliqanın qalibi olub.

 



Әlaqәli Xәbәrlәr