“Lill” Burak Yımazın qolu ilə dördüncü dəfə Fransa çempionu oldu

Futbol üzrə Fransa çempionatında 2020/21 mövsümünün sonuncu turunun oyunları keçirilib.

1644378
“Lill” Burak Yımazın qolu ilə dördüncü dəfə Fransa çempionu oldu

Lider “Lill” son turda “Anje” səfərinə yollanıb. Üç qolun qeydə alındığı oyun qonaqların qələbəsiylə yekunlaşıb. Nəticədə, “Lill” tarixində dördüncü dəfə Fransa çempionu olub.

Turnir cədvəlinin ikinci sırasında yer alan PSJ Brest”in qonağı olub. Parislilər də turu və mövsümü qələbə ilə başa vurublar.

 Lion “Olimpik”i doğma meydanda “Nitsa”ya uduzub. “Monako” isə çətin “Lans” səfərindən 1 xalla dönüb. Marsel “Olimpik”i də son turda “Mets”lə heç-heçəyə razılaşıb.

Beləliklə, yekunda “Lill” 83 xalla çempion olub. 82 xal toplamış PSJ gümüş mükafatçı olubsa, 78 xalı olan “Monako” üçüncülüklə kifayətlənib. Bu üç komanda Fransanı UEFA Çempionlar Liqasında təmsil edəcək.

76 xalı olan Lion “Olimpik”i və 60 xala malik Marsel “Olimpik”i dördüncü və beşinci pillələri tutmaqla Avropa Liqasına vəsiqə qazanıb. 58 xalla altıncı yeri tutan “Renn” isə Avropa Konfrans Liqasında mübarizə aparacaq.

21 xalla sonuncu yeri tutan “Dijon”, həmçinin 35 xalla 19-cu sırada qərarlaşan “Nim” elitanı tərk edib. 40 xalla 18-ci olan “Nant” isə Liqa 1-də qalmaq üçün aşağı liqadan gələn komanda ilə pley-off qarşılaşmasına çıxacaq.

 



Әlaqәli Xәbәrlәr