Çempionlar Liqasının finalı Portuqaliyanın Porto şəhərində yerləşən “Draqao” stadionunda keçiriləcək

UEFA prezidenti gələcəkdə finalın Türkiyədə olacağına ümid etdiyini bildirib.

1639054
Çempionlar Liqasının finalı Portuqaliyanın Porto şəhərində yerləşən “Draqao” stadionunda keçiriləcək

Mayın 13-də futbol üzrə UEFA Çempionlar Liqasının final oyunu ilə bağlı yekun qərarı açıqlanıb.

Avropa futbol qurumunun xəbərinə göə, həlledici matç koronavirus pandemiyası səbəbindən Türkiyədən alınaraq Portuqaliyaya verilib.

Final qarşılaşması mayın 29-da Portu şəhərindəki “Draqau” stadionunda olacaq. Hər klubun 6 min azarkeşi oyunu tribunadan izləyə biləcək. UEFA-nın azarkeş sayı ilə bağlı yekun qərarı daha sonra bəlli olacaq.

Matçın daha əvvəl Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılıb. UEFA görüşün İngiltərədə təşkilinin də nəzərdə tutulduğunu, lakin karantin tədbirləri üzündən danışıqların nəticəsiz qaldığını bildirib.

Avropa futbol qurumu anlayışa görə Türkiyə tərəfinə təşəkkür edib və İstanbul şəhəri üçün gələcək imkanların nəzərdən keçiriləcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr