Futbol üzrə İngiltərə Liqa Kubokunun qalibi müəyyənləşib

“Mançester Siti” səkkizinci dəfə İngiltərə Liqa Kubokunun qalibi oldu

1628506
Futbol üzrə İngiltərə Liqa Kubokunun qalibi müəyyənləşib

2020-2021-ci il mövsüm finalında “Tottenhem”lə “Mançester Siti” klubları üz-üzə gəlib.

Londonun "Uembli" stadionunda keçirilən matçda mançesterlilər 1:0 hesabı ilə qalib gəliblər. Londonluların qapısına vurulan yeganə qolun müəllifi Emerik Laport olub.

Beləliklə, “Mançester Siti” səkkizinci dəfə İngiltərə Liqa Kubokunun qalibi olub. Xosep Qvardiolanın çalışdırdığı “şəhərlilər” bununla “Liverpul”a çatıblar. Sözügedən komanda buna qədər turnirdə ən çox qalib olmuş komanda sayılırdı. Bu iki kollektivin ən yaxın izləyicisi 5 dəfə qalib olmuş “Aston Villa”dır.

 

 



Әlaqәli Xәbәrlәr