Avroliqada ¼ final mərhələsinə yekun vuruldu

Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.Bütün qarşılaşmalar eyni gündə baş tutub və eyni saatda başlayıb.

1622564
Avroliqada ¼  final mərhələsinə yekun vuruldu

“Roma” səfərdə məğlub etdiyi “Ayaks”ı bu dəfə doğma meydanda qəbul edib. Bu qarşılaşma heç-heçə yekunlaşıb. “Mançester Yunayted” isə “Qranada” ilə cavab görüşündə ilk oyunda qazandığı üstünlüyünü qorumağa çalışıb. Cavab matçında da iki cavabsız qola sevinən "qırmızı şeytanlar" mərhələ adlayıblar.

“Vilyarreal” Zaqreb “Dinamo”su ilə münasibətlərinə aydınlıq gətirib. İspaniya təmsilçisi də hər iki oyunu qələbə ilə başa vurmaqla mərhələ adlayıb. London “Arsenal”ı isə ilk oyunda qalib gələ bilmədiyi Praqa “Slaviya”sını səfərdə darmadağın edib.

 Yarımfinalda “Roma” “Mançester Yunayted”lə, “Arsenal” isə “Vilyarreal”la qarşılaşacaq. İlk oyunlar aprelin 29-da, cavab görüşləri mayın 6-da keçiriləcək.

 Avropa Liqası

1/4 finalın cavab oyunları

15 aprel

 “Roma” (İtaliya) – “Ayaks” (Niderland) 1:1 (ilk oyun 2:1)

Qol: Dzeko, 72 – Brobbi, 49.

“Mançester Yunayted” (İngiltərə)–“Qranada” (İspaniya) 2:0 (2:0)

Qol: Kavani, 6. Valyexo, 90-öz qapısına.

“Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) 0:4 (1:1)

Qol: Pepe, 18. Lakazette, 21; 77. Saka, 24.

“Vilyarreal” (İspaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 2:1 (1:0)

Qol: Alkaser, 36. Moreno, 43 - Orşiç, 74.

 



Әlaqәli Xәbәrlәr