NBA matçında Türkiyə və mədəniyyəti təqdim edildi

Amerika Basketbol Liqası – NBA komandalarından “Cleveland Cavaliers” ilə Yunus Əmrə İnstitutu əməkdaşlığı ilə oynanan NBA matçı zamanı Türkiyə və mədəniyyəti təqdim edildi

1618811
NBA matçında Türkiyə və mədəniyyəti təqdim edildi

 

  Amerika Basketbol Liqası – NBA komandalarından “Cleveland Cavaliers” ilə Yunus Əmrə İnstitutu əməkdaşlığı ilə oynanan NBA matçı zamanı Türkiyə və mədəniyyəti təqdim edildi.

  Türkiyəli basketbolçu Cedi Osmanın da oynadığı “Cleveland Cavaliers” ilə “Toronto Raptors” arasında reallaşdırılan NBA matçında Türkiyə gecəsi təşkil olundu.

  Canlı olaraq milyonlarla tamaşaçıya təqdim edilən matç zamanı Türkiyə haqqında türkcə rəqəmsal ekran paylaşmaları edildi.

  Qeyd edək ki, “Cleveland Cavaliers” ilə Yunus Əmrə İnstitutu arasında imzalanan əməkdaşlıq müqaviləsinə görə, idman diplomatiyası fəaliyyətlərində Türkiyə mədəniyyəti təqdimat proqramlarının reallaşdırılması planlaşdırılır.



Әlaqәli Xәbәrlәr