“Məqsədimiz ənənəvi idman oyunlarını canlandırmaqdır”, N.B.Ərdoğan

Dünya Etnospor Konfederasiyasının “Ənənəvi idman növlərinin canlandırılması" devizi ilə təşkil etdiyi IV Forumda çıxış edən N.B.Ərdoğan bildirib

1618713
“Məqsədimiz ənənəvi idman oyunlarını canlandırmaqdır”, N.B.Ərdoğan

 

  Türkiyənin Dünya Etnospor Konfederasiyasının (DEK) sədri Nəcməddin Bilal Ərdoğan ənənəvi idman oyunlarının güclü sənaye dəstəyi və gəliri olmadığını söyləyərək: "Ona görə də bütün qüvvəmizi bir araya gətirib diqqətimizi ənənəvi idman növləri ətrafında birləşməyə yönəltməliyik”, - deyib.

  Dünya Etnospor Konfederasiyasının “Ənənəvi idman növlərinin canlandırılması" devizi ilə təşkil etdiyi IV Forumda çıxış edən N.B.Ərdoğan bildirib: “Ənənəvi idman oyunları üçün 2018-ci ildən yola düşdük. Bundan əvvəl Qazaxıstanda toplandıq. Daha sonra “Bu toplantıların birini Türkiyə, digərini xaricdə edək” deyə düşündük. 2021-ci ildə forumu Azərbaycanda etmək istəyirdik, oradakı dostlarımız da hazır idi, amma təəssüf ki, yeni tip koronavirus (Covid-19) səbəbindən bunu edə bilmədik. Qlobal məhdudlaşdırmalara görə tədbiri onlayn keçirməyə qərar verdik.

  Ənənəvi idman oyunları dünyası bağları gücləndirmək üçün bir fürsətdir. Məqsədimiz yalnız bu ənənələri qorumaq və davam etdirməklə məhdudlaşmayıb, biz həm də bütün dünyadaki belə mədəni hadisələri təkrar hərəkətə gətirmək istəyirik. Biz birlikdə ənənəvi idman oyunlarını canlandırmaq üçün buradayıq."

  Dünya Etnospor Konfederasiyasının IV Forumu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakçılara video-təşəkkürü ilə başa çatıb.



Әlaqәli Xәbәrlәr