Ağırlıqqaldırma üzrə Avropa çempionatında milli idmançılardan üç medal

Ağırlıqqaldırma üzrə Avropa çempionatında milli idmançılardan  Muammer Şahin gümüş, Ferdi Hardal və Sümeyye Kentli bürünc medal qazandı.

1614957

Rusiyanın paytaxtı Moskvada təşkil olunan çempionatın ikinci gününün axşam hissəsində milli idmançılar medal uğrunda mübarizə apardılar.

Kişilər arasında 61 kiloqram çəkidə yarışan Ferdi Hardal birdən qaldırmada 130 kiloqram, təkanla qaldırmada 157 kiloqram qaldıraraq 4-cü yeri tutdu. Ferdi ümumilikdə 287 kq ilə bürünc medal qazandı.

Eyni çəkidə mübarizə aparan digər milli atlet Caner Toptaş birdən qaldırmada 124 kiloqram, təkanla qaldırmada qaldırmada 150 kiloqram qaldırsa da medal qazana bilmədi.

Kişilər arasında 55 kiloqram çəkidə mübarizə aparan Muammer Şahin birdən qaldırmada 112 kilo dərəcəsi ilə gümüş medal qazandı.

55 kiloqramda mübarizə aparan Sümeyye Kentli təkanla qaldırmada 110 kiloqram qaldıraraq bürünc medal qazandı.

Әlaqәli Xәbәrlәr