Türkiyə 13-cü dəfə Hollandiyanın qarşısına çıxır

Sabah 2022-ci il dünya çempionatının seçmə oyunlarına start veriləcək.

1606658
Türkiyə 13-cü dəfə Hollandiyanın qarşısına çıxır

Q qrupunda mübarizə aparacaq Türkiyə millisi sabah (24 Mart) tarixində 13-cü dəfə Hollandiya ilə yarışacaq,

İki ölkənin milli futbol komandaları arasında ilki 1958-ci ildə olmaqla bu günə dək 12 matç oynanıb. Bu qarşılaşmaların üçündə Türkiyə, 5-də isə Hollandiya qələbə qazanıb. Digər 4 qarşılaşma isə bərabərliklə nəticələnib. Bu mübarizələrdə Türkiyənin 9 qoluna Hollandiya 13 qol ilə cavab verib.

Sabah Atatürk Olimpiya Stadionunda Türkiyə vaxtı ilə saat 20.00-da start götürəcək qarşılaşmanı İngilis hakim Michael Oliver idarə edəcək.



Әlaqәli Xәbәrlәr