Çempionlar liqasında daha iki komanda ¼ finala vəsiqə qazandı

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

1603649
Çempionlar liqasında daha iki komanda ¼ finala vəsiqə qazandı

Çempionlar liqasında son iki cavab oyunundan biri İngiltərədə, digəri Almaniyada baş tutub.

“Çelsi” Madrid “Atletiko”sunu qəbul edib. İlk görüşdə 1:0 hesablı qələbə qazanan London təmsilçisi bu üstünlüyünü qorumağı bacarıb. Doğma meydanda da qalib gələn İngiltərə təmsilçisi 1/4 finala yüksəlib.

Digər qarşılaşma “Bavariya” ilə “Latsio” arasında baş tutub. Romada rəqibini 4:1 hesabı ilə üstələyən Münhen təmsilçisinin 1/4 finala yüksələcəyi demək olar ki, şübhə doğurmurdu. Cavab görüşündən də qalib ayrılan Almaniya klubu növbəti mərhələyə vəsiqəni təmin edib.

Qeyd edək ki, daha əvvəl “Borussiya” (Dortmund, Almaniya), “Portu” (Portuqaliya), “Liverpul”, “Mançester Siti” (İngiltərə), “Real” (İspaniya) və PSJ (Fransa) klubları 1/4 finala vəsiqə qanmışdı.

 



Әlaqәli Xәbәrlәr