“Barselona” finala yüksəldi
Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
1595035

İlk oyun günündə bir görüş baş tutub. “Sevilya” səfərdə “Barselona” ilə qarşılaşıb. İlk oyunda iki cavabsız qolla uduzmuş Kataloniya təmsilçisi cavab görüşündə bu topların əvəzini çıxmağı bacarıb. Qalib isə əlavə vaxtda müəyyənləşib. Əlavə vaxtda daha bir qol vuran “Barselona” ilk finalçı olub.
Barselona - Sevilya 3:0 (ilk oyun 0:2)
Qol: Dembele, 12. Pike, 90+4. Breytveyt, 95.
Digər finalçının adına bu gün oynanacaq “Levante” - “Atletik” görüşündə aydınlıq gələcək.
Әlaqәli Xәbәrlәr

Büşra Işıldar finalda Rus rəqibinə qalib gəldi
Milli atlet Büşra Işıldar, Gənclər arasında Boks üzrə dünya Çempionatında qızıl medal qazandı.