Futbol üzrə Türkiyə millisi Azərbaycan və Şimali İrlandiya seçmələri ilə yoldaşlıq görüşü keçirəcək

Yığma komandanın Avropa çempionatından əvvəl oynayacağı iki yoldaşlıq oyununun təqvimi müəyyənləşib.

1593661
Futbol üzrə Türkiyə millisi Azərbaycan və Şimali İrlandiya seçmələri ilə yoldaşlıq görüşü keçirəcək

Yığma komandanın Avropa çempionatından əvvəl oynayacağı iki yoldaşlıq oyununun təqvimi müəyyənləşib.

Türkiyə Futbol Federasiyasının məlumatına görə, ay-ulduzlu komanda 27 may cümə axşamı günü Alanya “Oba” stadionunda Azərbaycan, 31 may bazar ertəsi günü isə Antalya stadionunda Şimali İrlandiya ilə qarşılaşacaq.

Qarşılaşmaların başlama vaxtları daha sonra elan ediləcək.



Әlaqәli Xәbәrlәr