Milli güləşçilərimiz Ukraynadan 4 medalla qayıdırlar

Fevralın 26-dan 28-dək Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən ənənəvi yarışda idmancılarımız biri qızıl, üçü gümüş olmaqla 4 medal qazanıb.

1592506
Milli güləşçilərimiz Ukraynadan 4 medalla qayıdırlar

79 kiloqramda mübarizə aparan Ramazan Sarı, Belarusiya və iki ukraynalı rəqibini məğlub edərək finalda Avropa çempionu Gürcüstanlı idmancı Nika Kenchadze ilə güləşib. Rəqibinə məğlub olan Ramazan gümüş medal qazanıb. Sərbəst güləşçilərimizdən Süleyman Karadeniz qızıl, Soner Dəmirtaş və Ramazan Sarı gümüş medal qazandı. Yunan-Roma üslubunda isə Kərəm Kamal gümüş medalın sahibi olub.

Milli güləşçilər 4-7 mart tarixlərində İtaliyada Olimpiya seçmə mərhələsindən əvvəl keçiriləcək turnirdə iştirak edəcəklər. Güləş üzrə Tokyo Olimpiadaları Avropa Qvalifikasiyası 18-21 mart tarixlərində Macarıstanın Budapeşt şəhərində keçiriləcək.



Әlaqәli Xәbәrlәr