Məsut Özil sabah müqavilə imzalayacaq
Fənərbaxçanın İngiltərənin Arsenal komandasından transfer etdiyi dünya şöhrətli ulduz futbolçu Məsut Özil üçün sabah rəsmi imza mərasimi keçiriləcək.
1571378
Uzun müddətdir tronsfer məsələsi gündəmdə olan 32 yaşlı oyunçusunun imza mərasimi Türkiyə vaxtıyla saat 15.00-də başlayacaq. Mətbuat mənsubları İstanbula gəlişi zamanı haqqında çox sayda yazı paylaşılan ulduz futbolçunun imza mərasiminə böyük maraq göstərirlər. Fənərbaxça klubunun məlumatına görə, Divan Fənərbaxça Faruk Ilgaz Təsislərində keçiriləcək imza mərasimində iştirak üçün 64 fərqli təşkilat, 132 mətbuat üzvü və 10 xarici qurum akreditasiya müraciət edib. Mərasimdə Məsud Özil Fənərbaxça ilə 3,5 illik müqavilə imzalayacaq.
Әlaqәli Xәbәrlәr
Futbol üzrə Avropa Liqasında ilk 1/8 finalçı bəlli olub
“Tottenhem” 1/16 final mərhələsinin cavab görüşündə “Volfsberger” klubu ilə üz-üzə gəlib.