Fənərbaxça Beko Fransanın ASVEL komandasını qəbul edəcək

Kişilərdən ibarət Fənərbaxça Beko basketbol komandası, Türk Hava Yolları (THY) Avropa Liqasının 17-ci turunda sabah (30.12.2020) Fransanın ASVEL komandasını qəbul edəcək.

1553992
Fənərbaxça Beko Fransanın ASVEL komandasını qəbul edəcək

“Ülker spor”-un ev sahibliyi edəcəyi qarşılaşma Türkiyə vaxtıyla saatı 20.45-də başlayacaq. Daha əvvəl Yunanıstanın Olympiakos komandasını məğlub edən Fənərbaxça Beko ASVEL matçından da qalib ayrılmağı məqsəd götürüb. Avropa Liqasında qatıldığı yarışlarda 6 qələbə qazanan və 10 məğlubiyyəti olan sarı-lacivertli komanda reytinq siyahısında 14-cü sırada iştirak edir. 5 qələbə və 10 məğlubiyyəti olan ASVEL ə 16-cı pillədə qərarlaşıb.



Әlaqәli Xәbәrlәr