DÇ-2022: Türkiyə millisinin rəqibləri bəlli oldu

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

1541368
DÇ-2022: Türkiyə millisinin rəqibləri bəlli oldu

Qətərdə keçiriləcək DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

Final mərhələsində vəsiqələr uğrunda mübarizəyə başlayacaq 55 komanda 10 qrupa bölünüb.

Bu qrupların beşində 5, beşində 6 komanda yer alıb. 2021-ci ildə baş tutacaq seçmə mərhələdə qrup qalibi olan 10 komanda mundiala vəsiqə qazanacaq. İkinci yer sahibi olan 10 komanda isə Millətlər Liqasından gələcək 2 yığma ilə pley-offda son üç vəsiqə üçün mübarizə aparacaq.

Türkiyə G qrupunda Niderland, Norveç, Monteneqro, Latviya və Cəbəllütariq futbolçuları ilə qarşılaşacaq.

A qrupu
Portuqaliya
Serbiya
İrlandiya
Lüksemburq
Azərbaycan

B qrupu
İspaniya
İsveç
Yunanıstan
Gürcüstan
Kosovo

C qrupu
İtaliya
İsveçrə
Şimali İrlandiya
Bolqarıstan
Litva

D qrupu
Fransa
Ukrayna
Finlandiya
Bosniya və Herseqovina
Qazaxıstan

E qrupu
Belçika
Uels
Çexiya
Belarus
Estoniya

F qrupu
Danimarka
Avstriya
Şotlandiya
İsrail
Farer adaları
Moldova

G qrupu
Niderland
Türkiyə
Norveç
Monteneqro
Latviya
Cəbəllütariq

H qrupu
Xorvatiya
Slovakiya
Rusiya
Sloveniya
Cənubi Kıbrıs Rum icması
Malta

İ qrupu
İngiltərə
Polşa
Macarıstan
Albaniya
Andorra
San Marino

J qrupu
Almaniya
Rumıniya
İslandiya
Şimali Makedoniya
Ermənistan
Lixtenşteyn

Qeyd edək ki, artıq seçmə mərhələnin oyun günləri də bəllidir. Komandalar martın 24-25-də, 27-28-də, 30-31-də, sentyabrın 1-2-də, 4-5-də, 7-8-də, oktyabrın 8-9-da, 11-12-də, noyabrın 11-13-də və 14-16-da meydana çıxacaq. Pley-off mərhələsi 2022-ci il martın 24-25-də və 28-29-da təşkil olunacaq.



Әlaqәli Xәbәrlәr