"Fənərbağça" öz meydanında "Trabzonspor"u 3:1 hesabı ilə məğlub etdi

Türkiyə çempionatının altıncı turunun üçüncü gününün qarşılaşmasında "Fənərbağça" öz meydanında "Trabzonspor"u qəbul edib.

1515740
"Fənərbağça" öz meydanında "Trabzonspor"u 3:1 hesabı ilə məğlub etdi

Oktyabrın 25-də futbol üzrə Türkiyə çempionatının altıncı turunun üçüncü gününün qarşılaşmasında "Fənərbağça" öz meydanında "Trabzonspor"u qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edib.

"Fənərbağça"nın heyətində Serkan Asan (51), Enner Valensia (55) və Papis Demba Sisse (72) fərqləniblər. Trabzon klubunun yeganə qolunu isə Benik Afobe vurub.

Günün digər matçında "Gənclərbirliyi" səfərdə "Yeni Malatyaspor"un qonağı olub. Bu oyunda meydan sahibləri rəqibi 2:1 hesabı ilə məğlub edib. Digər görüşdə isə "Alanyaspor" öz meydanında "Fatih Karagümrük"ü iki cavabsız qolla üstələyib.

Qeyd edək ki, tura "Dənizlispor"-"Beşiktaş" və "Sivasspor"-"Rizəspor" matçları ilə yekun vurulacaq.



Әlaqәli Xәbәrlәr