Mesut Özil Azərbaycana dəstəyini bildirib

Tanınmış türk əsilli futbolçu Məsut Özil haqlı mübarizəsində Azərbaycana öz dəstəyini bildirib.

1508842
Mesut Özil Azərbaycana dəstəyini bildirib

İngiltərənin “Arsenal” klubun futbolçusu Mesut Özil Azərbaycana dəstəyini dilə gətirib.

32 yaşlı yarımmüdafiəçi bu barədə “Twitter” hesabında paylaşım edib.

Türk əsilli oyunçu Özil  "Tək millət, iki dövlət" ifadəsindən istifadə edərək, bütün dünyanın Dağlıq Qarabağ bölgəsinin qanuni və beynəlxalq miqyasda Azərbaycanın bir hissəsi olduğu və qanunsuz olaraq işğal olunduğu həqiqətinin fərqinə varılmasının vacibliyini vurğulayıb.
Mart 2008-ci ildə BMT Baş Məclisinin Azərbaycanın ərazi bütövlüyünü qəbul edən və erməni qüvvələrinin çəkilməsinin vacibliyi barədəki qərarı təsdiqlədiyini xatırladan Özil "Sizə xatırlatmaq istəyirəm ki, BMT Baş Məclisinin qətnaməsi qüvvədədir və hamı tərəfindən tanınmalıdır" deyib.
Sülh mühitinin təmin edilməsinin vacibliyini vurğulayan Məsut Özil "Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki silahlı qarşıdurmaların ciddi şəkildə narahatlıq doğurduğu, beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyi barədə BMT başda olmaqla əksəriyyətin paylaşdığı düşüncəni dəstəkləyirəm. Sülhə dəstək olağın, bir dənə belə qarşıdurmanın olmadığı daha ədalətli bir gələcək üçün çalışaq. iki tərəfdən də olan ölümlər hər kəsin itkisidir" ifadələrini işlədib.



Әlaqәli Xәbәrlәr