AVRO-2020-nin pley-off mərhələsi start götürüb

İlk oyun günündə yarımfinal görüşləri keçirilib.

1505727
AVRO-2020-nin pley-off mərhələsi start götürüb

AVRO-2020-nin pley-off mərhələsi start götürüb.
İlk oyun günündə yarımfinal görüşləri keçirilib.
 AVRO-2020-yə vəsiqə şansını qorumaq uğrunda yarışan 16 komanda 4 gündən sonra yenidən meydana çıxmaq üçün mübarizə aparıb. Baş tutan matçların yalnız dördündə qalibi müəyyənləşdirmək üçün 90 dəqiqə yetərli olub.
A yolunda İslandiya Rumıniya üzərində qələbə qazanıb. Bolqarıstan Macarıstanla qarşılaşmada meydan amilindən yararlana bilməyib.
Nisbətən zəiflərin yer aldığı D yolunda Gürcüstan ev oyununda Belarusu minimal hesabla məğlub edib. Balkanlıların duelində Şimali Makedoniya öz meydanında Kosovonu üstələyib.
C yolunda Serbiya əlavə vaxtda vurulan qolla Norveçi məğlubiyyətə uğradıb. Bu yolun Şotlandiya – İsrail matçında, həmçinin B yolunda Bosniya və Herseqovina - Şimali İrlandiya, Slovakiya – İrlandiya qarşılaşmalarında qalibi penaltilər seriyası müəyyənləşdirib.

AVRO-2020-nin pley-off mərhələsi
Yarımfinal
8 oktyabr
A yolu

 Bolqarıstan – Macarıstan - 1:3
İslandiya – Rumıniya - 2:1
B yolu
 Bosniya və Herseqovina – Şimali İrlandiya - 1:1, pen. 3:4
Slovakiya – İrlandiya - 0:0, pen. 4:2
C yolu

Norveç – Serbiya - 1:1, ə.v. 0:1
22:45. Şotlandiya – İsrail - 0:0, pen. 5:3
D yolu

Gürcüstan – Belarus - 1:0
Şimali Makedoniya – Kosovo - 2:1



Әlaqәli Xәbәrlәr