"Qalatasaray"-"Fənərbağça" matçı qolsuz yekunlaşıb.

Türkiyə Super Liqasında III turun mərkəzi görüşü "Qalatasaray" və "Fənərbağça" komandaları arasında keçirilib.

1498468
"Qalatasaray"-"Fənərbağça" matçı qolsuz yekunlaşıb.

Türkiyə Super Liqasında III turun mərkəzi görüşü "Qalatasaray" və "Fənərbağça" komandaları arasında keçirilib. 

Günün mərkəz qarşılaşmasında “Qalatasaray” öz meydanında “Fənərbağça” komandasını qəbul edib.

"Türk Telekom Arenada" keçirilən görüşdə hər iki komandanın cəhdlərinə baxmayaraq, qapılara qol vurulmayıb. Bu qarşılaşmadan sonra "Qalatasaray" çempionatda topladığı xalların sayını yeddiyə, rəqibi isə beşə çatdırıb.

Xatırladaq ki, "Qalatasaray" son beş Superliqa oyununda "Fənərbağça"nı öz meydanında məğlub edə bilməyib.

Günün digər matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb:

"Rizespor" – "Alanyaspor" - 1:1

"Konyaspor" – "Beşiktaş – 4:1

"Sivasspor" – "Ankaragücü" - 0:0.

Tura sentyabrın 28-də keçiriləcək "Antalyaspor"- "Dənizlispor" qarşılaşması ilə yekun vurulacaq.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar azarkeşsiz oynanılmış qarşılaşmada tribunaya Azərbaycana dəstək məqsədilə Türkiyə Futbol Federasiyasının hazırladığı pankartlar asılıb. Ermənistanın Azərbaycana təcavüzünə qarşı hazırlanmış pankartlarda Türkiyə və Azərbaycan bayraqları yer alıb. Plakatlarda "Bir millət, iki dövlət, qardaşlarımızın yanındayıq" yazılıb. 



Әlaqәli Xәbәrlәr