"Hər şey üçün təşəkkürlər, yenidən görüşərik, AzərbayCAN!"
Bakı Olimpiya Stadionundakı qarşılaşma "Neftçi"nin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
1492742
UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"ni Bakıda mübarizədən kənarlaşdırmış "Qalatasaray" klubu Azərbaycana təşəkkür edib.
"Qlatasaray" "Facebook" səhifəsində "Hər şey üçün təşəkkürlər, yenidən görüşərik, AzərbayCAN!" yazıb.
Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma "Neftçi"nin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.