"Beşiktaş" yeni mövsümə "Trabzonspor"u məğlub etməklə başladı

Sentyabrın 13-də futbol üzrə Türkiyə çempionatının I turunda "Beşiktaş" səfərdə "Trabzonspor"un qonağı oldu..

1489925
"Beşiktaş" yeni mövsümə "Trabzonspor"u məğlub etməklə başladı

Sentyabrın 13-də futbol üzrə Türkiyə çempionatının I turunda "Beşiktaş" səfərdə "Trabzonspor"un qonağı oldu..

"Ali Sansalan" stadionunda keçirilən qarşılaşmada istanbullular rəqiblərini 3:1 hesabı ilə məğlub etdilər. "Beşiktaş"ın heyətində Tayler Boyd (29), Bernard Mensah (64) və Jeremain Lens (74) fərqlənib. Trabzon təmsilçisinin yeganə qolunu isə Abdulqadir Omur vurdu.

Beləliklə, "Beşiktaş" yeni mövsümə "Trabzonspor"u məğlub etməklə başladı..

Gün ərzində keçirilən digər oyunlarda isə "Ankaragücü" doğma meydanda "Ərzurumspor"a 1:2 hesabı ilə uduzub. "Kayserispor" isə öz meydanında "Kasımpaşa"nı minimal hesabla üstələyiblər. "Gənclərbirliyi" isə səfərdə "Antalyaspor"a 2:0 hesabı ilə uduzub.

Çempionatın birinci turuna sentyabrın 14-də "Hatayspor" – "Başakşəhər" matçı ilə yekun vurulacaq.



Әlaqәli Xәbәrlәr