ABŞ Açıq çempionatında finalçılar

ABŞ Açıq çempionatında (US Open) qadın tennisçilərin mübarizəsində finalçılar müəyyənləşib.

1489001
ABŞ Açıq çempionatında finalçılar
Jennifer Brady.JPG
Naomi Osaka.JPG
Serena Williams.JPG
Victoria Azarenka.JPG

ABŞ Açıq çempionatında (US Open) qadın tennisçilərin mübarizəsində finalçılar müəyyənləşib. 

Həlledici görüşdə Belarus təmsilçisi Viktoriya Azarenko yaponiyalı Naomi Osaka ilə üz-üzə gələcək. 

Azarenko yarımfinalda ABŞ tennisçisi Serena Uilyamsı mübarizədən kənarlaşdırıb. İlk setdə rəqibinə 1:6 hesabı ilə uduzan belaruslu idmançı növbəti iki setdə eyni hesabla qalib olub - 6:3.

Osaka isə ABŞ-ın digər təmsilçisi Cennifer Bredini məğlub edib. 

Qeyd edək ki, yarışın mükafat fondu 53,4 milyon ABŞ dollarıdır. Final görüşü sentyabrın 12-də baş tutacaq.



Әlaqәli Xәbәrlәr