“Beşiktaş” Çempionlar Liqası ilə vidalaşdı

Türkiyə təmsilçisi Liqa yolunda “Beşiktaş” meydana çıxdı. İstanbullular çətin Yunanıstan səfərində PAOK-la üz-üzə gəldi.

1479484
“Beşiktaş” Çempionlar Liqası ilə vidalaşdı

Türkiyə təmsilçisi Liqa yolunda “Beşiktaş” meydana çıxdı. İstanbullular çətin Yunanıstan səfərində PAOK-la üz-üzə gəldi. Matça sürətli başlayan meydan sahibləri ilk yarım saatda vurulan qollar sayəsində qalibiyyətə sevindilər. "Beşiktaş" isə bir qolla kifayətləndi.

Qeyd edək ki, bu gün Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsi start götürüb.

ilk oyun günündə iki qarşılaşma baş tutub.

III təsnifat mərhələsinə ilk vəsiqələrin sahibləri eyni vaxtda başlayan matçlarda bəlli olub. “Tirana” və “Srvena Zvezda” Çempionlar yolunda münasibətlərini ayırd ediblər. Albaniyadakı görüşdən qonaqlar qalib ayrılıb.

Beləliklə, “Srvena Zvezda” və PAOK turnirdəki yoluna davam edibsə, "Tirana" ilə "Beşiktaş" ÇL-lə vidalaşaraq Avropa Liqasına yuvarlanıb.

Bir oyundan ibarət olan mərhələnin digər 11 cütü avqustun 26-da üz-üzə gələcək.



Әlaqәli Xәbәrlәr