Fransa Velosiped Turunun vaxtı yenə dəyişdi

Beynəlxalq Velosiped Birliyi (UCU) 2021-ci ildə keçiriləcək Fransa Velosiped Turu tarixlərinin 2020-ci il Tokio Olimpiadası ilə üst-üstə düşməməsi üçün dəyişdirildiyini bildirib

1463978
Fransa Velosiped Turunun vaxtı yenə dəyişdi

 

  Yol velosipedinin ən prestijli yarışı qəbul edilən Fransa Velosiped Turu  2021-ci ilin 26 iyun - 18 iyul tarixlərində təşkil ediləcək.

  Beynəlxalq Velosiped Birliyi (UCU) 2021-ci ildə keçiriləcək Fransa Velosiped Turu tarixlərinin 2020-ci il Tokio Olimpiadası ilə üst-üstə düşməməsi üçün dəyişdirildiyini bildirib. Bundan əvvəl 2021-ci ilin 2-25 iyul tarixlərində gözlənilən turun sonra 26 iyun - 18 iyul arasında olacağı söylənilmişdi.

  Qeyd edək ki, 2020-ci il Fransa Velosiped Turu yeni tip korona virusu (Covid-19) epidemiyası səbəbindən 29 avqust - 20 sentyabr tarixlərinə təxirə salınmışdı.



Әlaqәli Xәbәrlәr