Səlcuq İnan futbol karyerasına son qoyacağını açıqladı

Sarılı-qırmızılı komandanın Super Liqada "Göztepe" ilə oynanılan matçından sonra təşkil edilən mətbuat konfransında texniki direktor Fateh Terminlə birlikdə çıxışında Səlcuq İnan deyib

1457659
Səlcuq İnan futbol karyerasına son qoyacağını açıqladı

 

  “Galatasaray” futbol komandasının kapitanı Səlcuq İnan (Selçuk İnan) bu mövsümün axırından professional karyerasına son qoyacağını açıqladı.

  Sarılı-qırmızılı komandanın Super Liqada "Göztepe" ilə oynanılan matçından sonra təşkil edilən mətbuat konfransında texniki direktor Fateh Terminlə birlikdə çıxışında Səlcuq İnan deyib: "Sizə həyatımın ən əhəmiyyətli parçası olan futbol karyerama mövsümün axırından son qoyacağımı söyləmək üçün bu gün buradayam. Mən “Galatasaray” formasını geyərək xəyalımı reallaşdırdım. Futbolu buraxarkən kədərlənirəm, amma dərdli deyiləm. Çünki futbol karyeramda hər şeyi ən sevdiyim, könül verdiyim formayla bacardım. Bu, mənim üçün çox əhəmiyyətlidir. “Galatasaray” və azarkeşlərinə bir şey söyləmək istəyirəm: sizi çox sevirəm. Həm komanda, həm sizdən ayrılmaq bir az çətin olacaq. Mənə göstərilən sevgi və hörmət müqayisəolunmazdır. Hamınıza ürəkdən təşəkkür edirəm. Hər vaxt ürəyimdə qalacaqsınız. Sizi heç bir zaman unutmayacağam."



Әlaqәli Xәbәrlәr