Beynəlxalq Olimpiya və Paralimpiya komitələri onlayn yay festivalı keçirəcəklər

Bu barədə İOC-un mətbuat xidməti məlumat yayıb

1456867
Beynəlxalq Olimpiya və Paralimpiya komitələri onlayn yay festivalı keçirəcəklər

 

  Beynəlxalq Olimpiya Komitəsi (İnternational Olympic Committee - İOC) və Beynəlxalq Paralimpiya Komitəsi (BPK) peşəkar idmançıların təcrübələrini bölüşmələri üçün onlayn yay festivalı keçirəcəklər. Bu barədə İOC-un mətbuat xidməti məlumat yayıb.

  Onlayn festival iyulun 24-də başlayacaq. Həmin tarixdə 2020-ci ildə keçirilməli olan və pandemiya səbəbindən 2021-ci ilə təxirə salınmış Tokio Yay Olimpiya Oyunları start götürməli idi.

  Festivalda Olimpiya və Paralimpiya oyunlarının yüzdən çox iştirakçısı yarışlara hazırlıq və müxtəlif turnirlərdə iştirak və digər mövzularda ekspert qismində çıxış edəcəklər.



Әlaqәli Xәbәrlәr