Motosikletçilər İstanbuldan Ankaraya 15 İyul Yürüşünə çıxdı

Türkiyə Motosiklet Federasiyası tərəfindən təşkil edilən 15 İyul Demokratiya və Milli Birlik Yürüşü İstanbuldan başladı

1455591
Motosikletçilər İstanbuldan Ankaraya 15 İyul Yürüşünə çıxdı

 

  Türkiyə Motosiklet Federasiyası tərəfindən təşkil edilən 15 İyul Demokratiya və Milli Birlik Yürüşü İstanbuldan başladı.

  Motosiklet həvəskarları 15 İyul Şəhidlər Körpüsündə bir araya gələrək buradan konvoy halında Ankaraya doğru hərəkət etdi.

  Türkiyə saatı ilə sübh 06.00-da başlayan 15 İyul Demokratiya və Milli Birlik Yürüşü ilə əlaqədar motosikletçilər Kocaeli, Sakarya, Düzce və Boludan keçərək Ankarada Xüsusi Qüvvələr Komandanlığı qarşısındakı xatirə mərasiminə gələcək.

  Ankaradakı mərasimdən sonra motosiklet konvoyu şəhid Ömər Halisdemirin Niğdenin Bor qəsəbəsindəki qəbirinə doğru hərəkət edəcək.



Әlaqәli Xәbәrlәr