Yaponiya da dünya çempionatından imtina etdi

Yaponiya Futbol Federasiyası 2023-cü il qadınlar arasında dünya çempionatına ev sahibliyi etmək üçün verdiyi ərizəni geri götürüb.

1440896
Yaponiya da dünya çempionatından imtina etdi

Yaponiya Futbol Federasiyası 2023-cü il qadınlar arasında dünya çempionatına ev sahibliyi etmək üçün verdiyi ərizəni geri götürüb. 

Yayılan məlumata görə, qərara koronavirus pandemiyası ilə bağlı vəziyyət təsir edib. 

İlkin plana görə mundial Tokio, Osaka və Kioto daxil olmaqla, bir sıra böyük şəhərlərdə keçirilməli idi. 

FIFA iyunun 25-də dünya çempionatına ev sahibliyi edəcək ölkəni seçəcək. Hazırda Avstraliya və Yeni Zelandiya yarışı birlikdə təşkil etmək niyyətindədir. Kolumbiya da mundial üçün namizədliyini verib. 

Qeyd edək ki, daha əvvəl Braziliya DÇ-2023-dən imtina edib.

Digər tərəfdən "Cvid-19" pandemiyası səbəbindən fevral ayında təxirə salınmasından sonra iyulun 4-də yenidən start götürəcək Yaponiya 1-ci Futbol Liqası ilə əlaqədar yeni qərar qəbul edilib. 

Buna görə 10 iyuldan başlayacaq liqanın müsabiqələrini azarkeşlər tribunalardan başa biləcəklər.



Әlaqәli Xәbәrlәr