Tokio Olimpiadası təxirə düşərsə...

Tokio Olimpiadasının təşkilat komitəsi oyunların növbəti dəfə təxirə salınmasını mümkün hesab edir

1437164
Tokio Olimpiadası təxirə düşərsə...

 

  Korona virusu pandemiyası Tokio Olimpiadasının 2021-ci ildə keçirilməsinə imkan verməyəcəyi halda yarışların növbəti dəfə təxirə salınmasının mümkünlüyü araşdırılmalıdır. Bu barədə Oyunların təşkilat komitəsinin üzvü Harayuki Takahaşi “Nikkan Sprots” qəzetinə müsahibəsində bildirib: "Biz Oyunların 2021-ci ilin yayında keçirilməsinə çalışırıq. Olimpiadanın təxirə salınması bizim üçün yolverilməzdir. Əgər pandemiyaya görə yarışlar 2021-ci ilin yayında keçirilməsə, daha bir təxirəsalma məsələsi ilə bağlı hazırlıq aparılmalıdır".

  Xatırladaq ki, bu ərəfədə “Tokio 2020”nin təşkilat komitəsinin sədri Yoşiro Mori yarışların 2021-ci ilin yayında keçirilməsi mümkün olmayacağı təqdirdə oyunların ləğv olunacağını bəyan edib. Bununla yanaşı, ötən həftə oyunların təşkilat komitəsi rəsmi olaraq yarışların sadələşdirilmiş formatda keçirilməsi təklifi ilə çıxış edib.

  Qeyd edək ki, “Tokio 2020” Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə yarışlar bir il təxirə salınaraq 2021-ci il iyulun 23-dən avqustun 8-dək təyin edilib.



Әlaqәli Xәbәrlәr