Formula 1 Dünya Çempionatının Macarıstan mərhələsi necə keçiriləcək?
Formula 1 Dünya Çempionatının veb saytında verilən açıqlamada bildirilir ki...
1409050
Formula 1 Dünya Çempionatının Macarıstan mərhələsi korona virusuna (Covid-19) qarşı mübarizə tədbirləri çərçivəsində azarkeşsiz keçiriləcək.
Formula 1 Dünya Çempionatının veb saytında verilən açıqlamada bildirilir ki, avqustun 2-də keçirilməsi planlaşdırılan Macarıstan Qran Prisinin (Grand Prix) hökumətin “500-dən çox tamaşaçının iştirak edəcəyi bütün tədbirlərin qadağan olunmasıyla bağlı verdiyi qərar”a əsasən tamaşaçısız olacaq.
Qeyd edək ki, epidemiya ilə əlaqədar 2020-ci il mövsümündə bu günə qədər 10 mərhələ təxirə salınıb və ya ləğv edilib.
Formula 1 mövsümünün 5 iyulda Avstriyadakı yarışla başlayacağı gözlənilir.