"La Liqa"nın gələcəyi

Koronavirus epidemiyasının ən ağır şəkildə yaşandığı  ölkələrin başında yer alan İspaniyada gündəlik həyatı normallaşdırmaq üçün qərarlar qəbul edilir.

1402225
"La Liqa"nın gələcəyi

Koronavirus epidemiyasının ən ağır şəkildə yaşandığı  ölkələrin başında yer alan İspaniyada gündəlik həyatı normallaşdırmaq üçün qərarlar qəbul edilir.
Hökumət futbol klublarının məşqə başlayacağı tarixlə bağlı klublarla və federasiya ilə razılıq əldə edildiyini açıqladı. Ancaq razılaşdırılmış tarix barədə ictimaiyyətə məlumat verilmədi.
Bəzi İspaniya KİV-ləri epidemiyanın sürətindən və səhiyyə işçilərinin qərarlarından asılı olaraq başlanğıc tarixinin 4 may ola biləcəyini açıqlayıb.
"La Liqa" və federasiya məşqlərə başladıqdan sonra tətbiq ediləcək sərt sağlamlıq protokollarını təqdim edib.
Liqa rəhbərliyi matçların may ayının sonuna qədər başlamasının gözlənilmədiyini və matçların ilk mərhələdə azarkeşsiz oynanılacağını qeyd edib.
Bu arada, hökumət rəsmiləri və klub rəhbərləri arasındakı keçirilən görüşdə "La Liqa" yayım gəlirlərinin təxminən 10 milyon avrosunun digər idman sahələrinə və idmançılara verilməsi barədə razılıq əldə edilib.



Әlaqәli Xәbәrlәr