2021 Avropa Basketbol Çempionatı təxirə salındı

Beynəlxalq Basketbol Federasiyası (FIBA) koronavirus pandemiyasına görə təxirə salınan bəzi beynəlxalq turnirlərin yeni təqvimini açıqlayıb.

1395174
2021 Avropa Basketbol Çempionatı təxirə salındı

Beynəlxalq Basketbol Federasiyası (FIBA) koronavirus pandemiyasına görə təxirə salınan bəzi beynəlxalq turnirlərin yeni təqvimini açıqlayıb.

Buna görə, kişilər arasında Avropa çempionatı 2022-ci ilin 1-18 sentyabrında keçiriləcək.

Olimpiya Təsnifat Turniri gələn il 22 iyun - 4 iyulda baş tutacaq.

Qadınlar arasında Avropa çempionatı isə 17 - 27 iyunda olacaq.

FIBA 2023 Dünya Kuboku təsnifat tarixlərində heç bir dəyişiklik olmadığı bildirilib.
"FIBA-nın  bu çətin dövrdə sürətli məsləhətləşmə prosesi tətbiq edərək, yenilənmiş cədvəli təsdiqlədiyindən çox məmnunam" deyə Andreas Zagklis vurğulayıb.
Bundan əlavə, koronavirus üçün dayandırılmış təbirlərin yenidən başlaması üçün epidemiya ilə əlaqədar prosesin gündəlik təqibinin davam edəcəyi bildirilib.

 



Әlaqәli Xәbәrlәr