Türkiyə Super Liqasının oyunları təxirə salındı

Korona virusu pandemiyasının yayılması səbəbindən Türkiyə Super Liqasının oyunları təxirə salınıb.

1381490
Türkiyə Super Liqasının oyunları təxirə salındı

 

  Korona virusu pandemiyasının yayılması səbəbindən Türkiyə Super Liqasının oyunları təxirə salınıb. Bu barədə ölkənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu ilə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir arasında keçirilən görüşdən sonra ictimaiyyətə məlumat verilib.

  Əvvəlcə federasiyanın İcraiyyə Komitəsini növbədənkənar iclasa çağıran, eyni zamanda, klub rəhbərlərinin fikrini öyrənən federasiya prezidentinin nazirlə görüşündən sonra futbol yarışlarının qeyri-müəyyən müddətə təxirə salınması barədə qərar qəbul olunub.

  Qeyd edək ki, növbəti turun oyunlarının martın 20-22-də keçirilməsi nəzərdə tutulmuşdu. Bundan əvvəl isə Türkiyədə futbol matçlarının azarkeşsiz keçirilməsinə qərar verilmişdi.



Әlaqәli Xәbәrlәr