Azarkeşsiz keçirilmiş matçda qol vurulmadı

Türkiyə Super Liqasının XXVI turunda "Qalatasaray" və "Beşiktaş" komandaları arasında İstanbul derbisi gerçəkləşdi.

1378654
Azarkeşsiz keçirilmiş matçda qol vurulmadı

Türkiyə Super Liqasının XXVI turunda "Qalatasaray" və "Beşiktaş" komandaları arasında İstanbul derbisi gerçəkləşib.

"Türk Telekom Arena"da koronavirus infeksiyası səbəbindən azarkeşsiz keçirilmiş matçda qalib müəyyənləşmədi - 0:0. 

Bu nəticədən sonra "sarı-qırmızılar" ardıcıl məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırdı. "Ağ-qaralar" isə baş məşqçi Sərgən Yalçının rəhbərliyi altında ilk derbidən xalla ayrılmağı bacardı.

Lakin bu heç-heçə nə "Qalatasaray"ın, nə də "Beşiktaş"ın işinə yaramadı. Bu nəticədən sonra xalını 50-yə çatdıran "Qalatarasay" elə 3-cü pillədə qaldı və şərikli liderlərdən yenə 3 xal geridir.

"Qara qartallar" isə 44 xalla 5-cidir. 



Әlaqәli Xәbәrlәr