Formula 1 Avstraliya Qran-Prisi koronavirus pandemiyasına görə təxirə salındı

Formula 1 Avstraliya Qran-Prisi koronavirus pandemiyasına görə təxirə salınıb.

1377338
Formula 1 Avstraliya Qran-Prisi koronavirus pandemiyasına görə təxirə salındı

Formula 1 Avstraliya Qran-Prisi koronavirus pandemiyasına görə təxirə salınıb.

 Buna səbəb “Maklaren” komandasının əməkdaşında virusa yoluxma halının qeydə alınması olub.

Təşkilatçılar yürüşün nə zaman keçiriləcəyi barədə məlumat verməyiblər.

Mövsümün ilk yarışı olan Avstraliya Qran-Prisinin martın 13-15-də Melburnda keçirilməsi planlaşdırılırdı.

Qeyd edək ki, “Formula-1”də mövsüm Azərbaycan Qran-prisi ilə başlaya bilər

“Formula-1” rəsmisi Ross Braun gecə saatlarında komandaların nümayəndələri ilə bir araya gələrək, bu məsələni müzakirə edib.

“McLaren”in işçilərinin birində koronavirus pandemiyasının aşkarlanması səbəbindən yarışın Bakı mərhələsinə qədər təxirə salınması məsləhət görülüb. Əgər belə bir qərar verilərsə, Avstraliya Qran-prisindən sonra Bəhreyn, Vyetnam, Niderland, İspaniya və Monako Qran-priləri təxirə salınacaq və mövsümə Azərbaycan Qran-prisi ilə start veriləcək.

Qeyd edək ki, “Formula-1”in Azərbaycan mərhələsi 5-7 iyunda keçiriləcək.



Әlaqәli Xәbәrlәr