Tokio Olimpiadasının məşəli yandırıldı

Tokio-2020 Yay Olimpiya Oyunları üçün olimpiya məşəli Yunanıstanın olimpiya qəsəbəsində yandırılıb. Mərasim uzun illərdən bəri ilk dəfə azarkeşsiz baş tutub.

1377151
Tokio Olimpiadasının məşəli yandırıldı

Tədbirə Yunanıstan Prezidenti Prokopis Pavlopulos, Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Bax və digər rəsmi şəxslər qatılıb.

Məşəl uzun əsrlər əvvəl Qədim Olimpiya Məbədində edildiyi kimi günəş şüalarının əks olunduğu güzgünün köməyi ilə yandırılıb.

3200 km məsafə qət edəcək məşəl səkkiz gün ərzində Egey dənizinin sahilindəki Saloniki də daxil olmaqla, Yunanıstanın 32 şəhərindən keçəcək.

 



Әlaqәli Xәbәrlәr